Bakıda avtomobildən oğurluq edən şəxs kameralara belə düşdü - VİDEO

Avtosfer TV 20 Aprel 2017 00:17 Oxunub 2222
Bakıda avtomobildən oğurluq edən şəxs kameralara belə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir anlıq diqqətsizlik edən sürücünün başına iş gəlib

Paytaxt ərazisində minik avtomobilindən oğurluq edilib. Avtosfer.az xəbər verir ki, oğurluq hadisəsi müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb. Görüntülərdən aydın olur ki, yolun kənarında dayanmış minik avtomobilinin sahibi yük yerindən əşya götürür. Başqa bir nəfər isə onu gözləyir. Həmin vaxt onların yanından qara gödəkçə geymiş 30-35 yaşlarında bir nəfər keçir. Avtomobilin sahibi oradan uzaqlaşdıqdan sonra həmin şəxs geri qayıdır və maşına yaxınlaşır. Bir anın içində avtomobilin ön qapısını açır və mobil telefona bənzər əşyanı götürərək qaçır. Hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib və ərazidəki inşaaat malları mağazalardan birinin müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh