Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü - Bakıda dəhşət

Yol polisi 20 Aprel 2017 13:54 Oxunub 2502
Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü - Bakıda dəhşət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır

Bakıda keçmiş məhkum polislərə xəsarət yetirib, sonra isə intihar edib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib. Bu zaman N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada ölüb. Polis əməkdaşlarından birinin vəziyyəti orta ağırdır, onlardan digərinə və N.Sadıqovaya tibbi yardım göstərildikdən sonra buraxılıblar. Rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh