Azər Əliyev Velotreki gəzdi - FOTOLAR

Yarışma 20 Aprel 2017 14:44 Oxunub 4160
Azər Əliyev Velotreki gəzdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev bu gün Respublika Velotrekinə gələrək burada idmançılar üçün yaradılan şəraitlə tanış olub. Avtosfer.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qonağa Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gələcəyini və oradakı şəraitlə yaxından tanış olmaq niyyətində olduğunu deyib.

 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh