Bu vəziyyətdə yük avtomobilinə yol vermək lazımdırmı? - DOĞRU CAVAB

Yarışma 20 Aprel 2017 15:50 Oxunub 2645
Bu vəziyyətdə yük avtomobilinə yol vermək lazımdırmı? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə yük avtomobilinə yol verilməlidirmi?

a)  Yol verilməlidir;

b) Yük avtomobili yol verməlidir;

c) Sürücülər qarşılıqlı razılığa görə hərəkət etməlidirlər.

Sualın doğru cavabı belədir: 5.19.2 nişanı qarşıdakı yolayrıcında sağa doğru dalan olduğunu bildirir və yolayrıcını keçmə növbəliliyinə heç bir aidiyyəti yoxdur. Ona görə də bu halda “Yol hərəkəti haqqında” Qanunun 77-cı maddəsinin III hissəsinə uyğun olaraq, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Bu vəziyyətdə yük avtomobilinə yol verilməlidir.

Suala ilk doğru cavabı Cavid adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Teymur 20 Aprel 2017 18:13
a Yol verilməlidir - düzgün cavab, sağda olduğundan Yük maşınına yol verilməlidir