Ər və arvad aeroportda əlbəyaxa oldular – VİDEO

Avtosfer TV 20 Aprel 2017 20:15 Oxunub 1551
Ər və arvad aeroportda əlbəyaxa oldular – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə 30 dəqiqə ləngiyib

Çinin Kunmin şəhərindəki “Çanşuy” hava limanı ər və arvadın əlbəyaxa dava məkanına çevrilib. Belə ki, ötən gün Çendu şəhərinə uçmalı olan təyyarənin hərəkət zolağında çinli cütlük əsəblərinə hakim ola bilməyiblər. Avtosfer.az xəbər verir ki, aralarındakı narazılığa məhz təyyarənin pilləkəninə qalxan zaman aydınlıq gətirən cütlük ardınca əlbəyaxa davaya keçiblər. Yerə yıxılmasına ərinin köynəyini cırmaqla cavab verən qadının sakitləşməməsi təyyarənin uçuşunu 30 dəqiqə ləngidib. Ardınca məsələyə müdaxilə edən polis əməkdaşları hər iki şəxsi saxlayaraq mübahisəyə son qoyublar.//faktxeber

ŞƏRH YAZ
Ad

E-mail

Şərh