Səfil kişi pilotsuz aparatı "uçan boşqab" sanıb gizlənməyə çalışdı - VİDEO

Avtosfer TV 20 Aprel 2017 18:15 Oxunub 1575
Səfil kişi pilotsuz aparatı "uçan boşqab" sanıb gizlənməyə çalışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Video “Yer sakini oğurlama cəhdi” adı ilə yüklənib

Rusiyanın Murmansk əyalətində Kovdor şəhərində Pilotsuz Uçuş aparatının müşahidə kamerası tərəfindən qeydə alınan qeyri-adi hadisə sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Kadrlarda “yad planetlər” tərəfindən oğurlanmaqdan qorxan və gizlənməyə çalışan səfil görünür. Yazıq kişi pilotsuz uçuş aparatını Uçan Naməlm Obyekt sanaraq, gah avtomobillərin arxasında gizlənir, gah da görünməz qumbaraları “uçan boşqaba” atır, ya da xəyali avtomatdan atəş açır. Video Kovdor sakini Andrey Qaniçev tərəfindən “Yer sakini oğurlama cəhdi” adı ilə yüklənib. Onun sözlərinə görə, çəkiliş təsadüfən alınıb: “Biz pilotsuz təyyarəni quraşdırdıq. Gözlənilmədən həmin kişi kadrlara düşdü. Videonun belə yayılacağını gözləmirdik”. (faktxeber)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh