Metroda sərnişinlərin narahatlığına son qoyacaq YENİLİK

Yeniliklər 20 Aprel 2017 16:52 Oxunub 2886
Metroda sərnişinlərin narahatlığına son qoyacaq YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurum rəsmisi danışdı

Bakı metrosu sərnişinlərin narahatlığını aradan qaldırmaq üçün yaxın günlərdə yeniliyə imza atacaq. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, metro vaqonlarının pəncərələrinə yapışdırılan reklam banerləri əlil və uşaqlı qadınların oturması üçün təyin olunan yer haqqında nişanın üzərini örtür. Sərnişinlərin dediyinə görə, bu cür reklam lövhələri həmçinin stansiyanın platformasının görüntüsünü də pozur. Qatarın dayanacağa çatması səsli elan olunsa da, bunu eşidə bilməyən adam, platformanı görünüşündən müəyyən edə bilir. Vaqonun pəncərəsində olan reklamlar isə bunun üçün əlavə çətinlik yaradır. Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev İstiPress-ə həmin reklam lövhələrininin nişanların üzərini örtüdüyünü təsdiqlədi. Qurum rəsmisi bu cür halların yolverilməz olduğunu deyib və bunun qarşısının alınması üçün yeniliklərin tətbiq olunacağını söyləyib. “Həm reklamların üzərini örtən nişanlar, həm də qapının üzərindəki “söykənməyin” işarələri yenilənəcək. Bunlardan “söykənməyin” nişanlarının hazırlanması prosesi gedir. Yaxın günlərdə vaqonların qapısında bu nişanları görmək mümkün olacaq. Yaşlılar və uşaqlı qadınlara aid olan nişanlar isə həmin pəncərələrin yuxarı hissəsinə (nəfəslik) vurulacaq. Qeyd edək ki, dünyanın bir çox ölkələrində metroda reklam lövhələrinin yapışdırılması təcrübəsi var. Həm vaqonlarda, həm də platformalarda. Məsələn, Moskva metrosunda vaqonlarda olan reklam lövhələri pəncərələrə deyil, kənarlara yapışdırılıb.

http://istipress.com/media/image/58f898086e61d/600@0

http://istipress.com/media/image/58f898371f8c8/600@0

http://istipress.com/media/image/58f898ad9d6ce/600@0

http://istipress.com/media/image/58f898e04fab6/600@0

http://istipress.com/media/image/58f898f8414be/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh