Yenilənmiş "Mercedes S-Class" - FOTO

Avtobazar 20 Aprel 2017 21:30 Oxunub 2052
Yenilənmiş "Mercedes S-Class" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkmilləşdirilmiş Mercedes-AMG S63 yerindən 100 km/saata 3,5 saniyəyə sürətlənir – sələfindən 0,5 saniyə tez

Mercedes-Benz şirkəti təkmilləşdirilmiş sedan S-Class-ı rəsmi olaraq təqdim edib. Alman markasının restaylinq olunmuş, yeni mühərriklər və elektrik köməkçi sistemlər almış flaqman modelinin premyerası Şanxay avtosalonunda keçirilib. Yeni S-Class modernləşdirilmiş diodlu fənərlər, qabaq optika, 6- və 8-silindrli mühərrikli versiyalar üçün xüsusi radiator barmaqlığı nəzərdə tutulub. Bu, yalnız V12 variantı üçün təklif edilirdi. Salonda 12,3-düymlük displeyi olan yeni cihazlar paneli peyda olub. Mercedes-Benz S-Class-ın mühərrik qammasına 1997-ci ildən 6-silindrli aqreqatlar daxil edilib. Onlar əvvəlki V-şəkilli altılıqları əvəz ediblər. Model 3-litrlik dizel mühərriklər (S350d versiyasında 210 a.g. və S340d versiyasında 320 a.g.) alıb. Bundan əlavə, indi sedanı yeni 4-litrlik benzin V8 mühərriki ilə sifariş etmək olar. O, iki turbinlidir və 470 a.g.-ə malikdir. Beləliklə, S63 AMG modifikasiyasında 612 a.g.-ə qədər gücləndirilmiş mühərrik quraşdırılacaq. Bu aqreqat 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır və 5,5-litrlik əvvəlki mühərriki əvəz edib. Təkmilləşdirilmiş Mercedes-AMG S63 yerindən 100 km/saata 3,5 saniyəyə sürətlənir – sələfindən 0,5 saniyə tez. Ən güclü versiya əvvəlki kimi 6-litrlik tvin-turbo V12 ilə təchiz edilir və 630 a.g.-ə malikdir.

S-Class

S63 AMG

S65 AMG

Maybach

ŞƏRH YAZ
Ad

E-mail

Şərh