Traktoru bir çəkic zərbəsi ilə düzəldən usta

Maraqlı 20 Aprel 2017 23:00 Oxunub 1596
Traktoru bir çəkic zərbəsi ilə düzəldən usta
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir az da gülək

Kəndlinin traktoru sınır. Traktoru düzəltmək üçün etdiyi cəhdlərin hamısı boşa çıxır. Nəhayət, kəndli ustaya müraciət edir. Traktora baxan usta onun hərtərəfli yoxlayır, sonra da çəkiclə bir dəfə mühərrikə vurduqdan sonra onu işə salır. İşini başa çatdırandan sonra usta kəndlidən gördüyü işin müqabilində 100 manat pul istəyir. Kəndli bundan narahat olub deyir:
- Çəkiclə vurduğun bir zərbəyə görə 100 manat istəyirsən?
Usta cavabında deyir:
- Əziz dost, çəkiclə vurduğum bir zərbəyə görə səndən bir manat istəyirəm. Qalan 99 manatı isə biliyimə görə alıram. O biliyin hesabına mən sənin traktorunu cəmi bir çəkic zərbəsinə təmir edə bildim.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh