Sumqayıtdan Bakıya gediş-gəlişdə çətinliklər yaranıb: avtobus qıtlığı yaşanır - VİDEO

Xəbərlər 20 Aprel 2017 22:58 Oxunub 1436
Sumqayıtdan Bakıya gediş-gəlişdə çətinliklər yaranıb: avtobus qıtlığı yaşanır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər saatlarla avtovağzalda avtobus gözləməyə məcbur qalır

Gözləməkdən yorulan insanlar avtobus görən kimi qaçaraq minməyə çalışır, növbəsizlik də belə səs -küyə səbəb olur. Səhər saatlarından başlayaraq Sumqayıt avtovağzalında Bakıya gəlmək istəyən sərnişinlərin sıxlığı yaşanır. Sakinlər buna səbəb kimi marşrutda lazımı qədər nəqliyyat vasitəsinin olmamasını göstərir. Üstəlik, son günlərdə qanunsuz fəaliyyət göstərən mikroavtobuslara qarşı tədbirlər vəziyyəti daha da ağırlaşdırıb. Nəticə sərnişinlərə ziyan vurur. Qeyri-normal şəraitdə səyahət, getdiyi yerə gecikmə gündəlik mənzərəyə çevrilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov da vəziyyəti etiraf edir. Onun sözlərinə görə, bir müddətdir qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobuslar xətdən uzaqlaşdırılıb. Sıxlığın qarşısını almaq üçün interval azaldılsa da, pik saatlarda yenə çətinlik yaranır. Əhməd Rüstəmov deyir ki, xəttə iri tutumlu avtobuslar əlavə edildikcə problem tədricən aradan qaldırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh