Mal-qara bu yolda hərəkəti iflic edir - VİDEO

Yazarlar 21 Aprel 2017 01:35 Oxunub 2002
Mal-qara bu yolda hərəkəti iflic edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvanlar otlağa gedib qayıdanda magistral yolda bu mənzərə yaranır

Bakı-Qazax magistralının Ağdaş ərazisindən keçən hissəsində sakinlər heyvanlarını otlağa aparmaq üçün sürətlə gedən avtomobillərin arasından yolu keçməlidir. Bu da sürücülərə qəza şəraiti yaradır. Heyvan sahibləri bildirir ki, onların keçdiyi ərazidə heyvan keçidi yoxdur. Səhər saatlarında heyvanlar otlağa gedəndə və axşam geri qayıdanda magistral yolda bu mənzərə yaranır. Sakinlər iri və xırda buynuzlu heyvanları beton maneələrin arasından keçirir. Söhbət Bakı-Qazax magistarlının Ağdaş rayon Ləki kəndindən keçən hissəsidir. Kənd sakinləri heyvanları örüş sahələrinə aparmaq üçün yolu keçirmək məcburiyyətindədir. Heyvanlar sürü ilə keçəndə isə yolda hərəkət dayanır. Sakinlər bildirir ki, heyvan keçidi olmadığına görə belə vəziyyət yaranır. Heyvan keçidləri də uzaqda olduğundan heç kim getmək istəmir. Nəticədə heyvanlar yolda qəzalara səbəb olur.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, magistral yolda nəzərdə tutulan yerlərdə heyvan keçidləri qoyulub. Sakinlərin dediyi ərazi də heyvan keçidinə təxminən 1 km ərazidədir. Ona görə onlar özlərinə uyğun olan keçidlərdən istifadə etməlidirlər.

Avtosfer.az bildirir ki, bir neçə aydır Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi əsasında Yol-Patrul Xidməti Alayının əməkdaşları magistral yollara yaxın kəndlərin sakinləri ilə görüşlər keçirir. Görüşlərdə xüsusi olaraq mal-qaranın yollardan keçirilməsi qaydaları ilə bağlı yerli əhali arasında təbliğat işləri aparılır. Bəzən müvifiq keçidlər olmadığından, bəzən isə əhalinin qaydalara əməl etməməsi ucbatından bu cür acınacaqlı mənzərə yaranır. Təəssüf ki, belə mənzərələr bəzən yol qəzalarına da səbəb olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh