«Zəlzələ Elçin» həbs edildi

Gündəm 26 Aprel 2014 22:57 Oxunub 1899
«Zəlzələ Elçin» həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib.Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, E. Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh