Polis veteranları öz təcrübələrini hamı ilə bölüşür

Yol polisi 21 Aprel 2017 15:36 Oxunub 1446
Polis veteranları öz təcrübələrini hamı ilə bölüşür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənc nəsil vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmalıdır

Polis veteranlarının təşkilatlanması, bilik və bacarıqları, peşəkarlıqları təmsil olunduqları ərazi polis orqanlarının və nizami hissələrin gündəlik işində və yaşadıqları bölgələrin ictimai həyatında öz müsbət təsirini göstərməkdədir. Avtosfer.az xəbər verir ki, ölkəmizin bütün bölgələrində polis veteranları cinayətkarlıqla mübarizədə, asayişin, əmin-amanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında öz bilik və təcrübələrini əsirgəmirlər. 

Uzun illər cinayətkarlıqla mübarizə cəbhəsində "döyüşən", bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları mütəmadi olaraq gənclər və yeniyetmələrlə görüşür, tərbiyəvi və profilaktik söhbətlər, hüquqi maarifləndirmə işləri aparır, təcrübələrini bölüşür, onları maraqlandıran suallara aydınlıq gətirirlər. 

Belə görüşlərdən biri Ağdaş rayonunun Xosrov kənd orta məktəbində baş tutub. Şagirdlərin qonağı olan polis veteranları bir sıra maraqlı məsələlərə toxunublar. Rayon Polis Şöbəsinin veteranlar şurasının sədri Elman Qurbanov "Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması yolları" mövzusunda çıxış edib. O, ölkə qanunlarına riayət etməyin yeniyetməlik dövründən başladığını bildirib, onların daha layiqli vətəndaş kimi yetişmələri üçün dəyərli tövsiyələr verib. Görüşün sonunda məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb. 

Digər görüş isə Lerik rayonundakı V.İbrahimov adına inteqrasiya təlimi internat tipli Gimnaziyada baş tutub. RPŞ-nin Veteranlar Şurasının üzvləri Daşdəmir Paşayev və Vəliağa Şahpələngov çıxışlarında ölkəmizdə həyata keçirilən gənclər siyasəti nəticəsində sabahımızın qurucularının hərtərəfli inkişafı, öz imkanlarını reallaşdırmaları üçün yaradılan şəraitdən bəhs ediblər. Gənc nəslin onlara olan etimadı doğrultmaları üçün mühüm vəzifələrdən danışılıb, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmaları tövsiyə edilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh