Məhşur müğənni "Formula-1" üçün Bakıya gəlir

Yarışma 21 Aprel 2017 15:42 Oxunub 1810
Məhşur müğənni "Formula-1" üçün Bakıya gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti iki ulduzun adı yaxın 10 gün ərzində açıqlanacaq

Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türk müğənni Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək: “Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək”. N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı yaxın 10 gün ərzində açıqlanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh