Keçmiş əri ilə barışdı; 280 minlik "Lexus" hədiyyə edildi - FOTO

Maraqlı 22 Aprel 2017 01:01 Oxunub 75388
Keçmiş əri ilə barışdı; 280 minlik "Lexus" hədiyyə edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ruhi uşaqlarının atası ilə barışıb; milyonluq evlər və bahalı maşın

Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Avtosfer.az bakipost.az-a istinadən xəbər verir ki, ifaçının uşaqlarının atası, azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb. Keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və küsülülüyə son qoyulub. Deyilənə görə, bu barışıq Ruhi və uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir. Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus" markalı avtomobil hədiyyə etdiyi bildirilir.

Avtosfer.az bildirir ki, son model "Lexus-570" avtomobili Bakıda 158 min dollara, təxminən 280 min manata satılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh