Avtomobil bazarda insanları vurub: yaralılar var

Qəzalar 22 Aprel 2017 01:41 Oxunub 909
Avtomobil bazarda insanları vurub: yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır

Meksikada bazarda - "tianqis"də avtomobilin izdihamı vurması nəticəsində 10 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə "W Mexico" radiosu xəbər verib. Xəbərdə bildirilir ki, hadisə paytaxtda baş verib. Xilasedicilər xəsarət alanların xəstəxanaya yerləşdirildiyini bildiriblər. Qəzaya səbəb sürücünün sürət həddini aşması və nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, "tianqis"lər Mexikoda geniş yayılıb. Şəhərin bəzi rayonlarında küçələr 1 həftəlik nəqliyyat vasitələrinin üzünə bağlanılır və həmin ərazilərdə müxtəlif mallar, o cümlədən qida məhsulları satılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh