Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb - FOTO

Qəzalar 22 Aprel 2017 10:20 Oxunub 868
Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Qədirli Ayxan İsrafil oğlu Məhəmməd Hadi küçəsində yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub. Nəticədə A.Qədirli ağır kəllə-beyin travması alıb. Hadisəni törətmiş sürücü A.Qədirlini xəstəxanaya çatdırarkən xəsarət almış şəxs yolda dünyasını dəyişib. A.Qədirlinin meyiti Məhkəmə Tibbi Ekspertiziası və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə təhvil verilib. Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh