"Audi" "PAZ"la toqquşdu - 9 yaralı

Qəzalar 22 Aprel 2017 10:22 Oxunub 1633
"Audi" "PAZ"la toqquşdu - 9 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların vəziyyəti barədə məlumat verilmir

Rusiyada baş vermiş yol qəzasında bir neçə nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Peterburqun Krasnoselsk rayonunda, Lenin prospektində qeydə alınıb. Belə ki, "Audi" avtomobilinin qarşı tərəfdən gələn "PAZ" avtobusunun yoluna çıxması nəticəsində hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə 3-ü uşaq olmaqla, 9 nəfər xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar arasında "Audi" avtomobilinin sürücüsü, habelə nəqliyyat vasitəsinin 2002, 2003 və 2005-ci il təvəllüdlü sərnişinləri də var. Qəza nəticəsində həmçinin "PAZ" avtobusunun da bir neçə sərnişini xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh