140 sərnişin daşıyan bərə pirsə çırpıldı

Qəzalar 22 Aprel 2017 10:26 Oxunub 917
140 sərnişin daşıyan bərə pirsə çırpıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb

"Armas" şirkətinə məxsus 140 sərnişini daşıyan "Volcn de Tamasite" adlı bərə Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən pirsə çırpılıb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 20:30-da baş verib. Elektrikdə nasazlıq olduğundan, komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə pirsə çırpılıb. Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb. Lakin bərəyə və pirsə ciddi ziyan dəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh