Yollardakı sarı zolaqda hərəkət nə vaxt qadağan olunacaq?

Avtoxəbər 22 Aprel 2017 10:39 Oxunub 3757
Yollardakı sarı zolaqda hərəkət nə vaxt qadağan olunacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: “Yarışlar başlayana qədər sarı zolaqla hərəkət etmək sərbəstdir”

Bakının beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinə sayıl günlər qalır. Bu məqsədlə artıq paytaxt yollarında da hazırlıq işlərinə başlanılıb. Bir neçə istiqamətdə magistral yollara sarı zolaqlar çəkilib. Bu zolaqlar məhz idman yarışlarının keçiriləcəyi ərəfədə yarış iştirakçılarını daşıyan avtomobillərin hərəkəti üçün nəzərdə tutulsa da, məlumatsız olan bəzi sürücülərdə narahatlıq yaradıb. Bəziləri bu yollarda hərəkət etməyə ehtiyat edirlər. Sosial şəbəkələrdə ən çox səslənən suallardan biri də hansı tarixdən etibarən sarı zolaqda hərəkət etməyin qadağan olunmasıdır. Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində sarı zolaqla hərəkət edən sürücülər 40 manat məbləğində cərimə olunurdu.

Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com hazırda sarı zolaqda hərəkətin qadağan olunub-olunmaması ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq.

O bildirdi ki, hazırda sürücülər üçün narahatlığa heç bir əsas yoxdur. Yarışların başlanılması ilə bağlı elan verildiyi gündən həmin zolaqlara daxil olan sürücülərlə bağlı inzibati protokollar tərtib ediləcək: “Hazırda isə heç bir cərimə tətbiq olunmur. Yarışlar başlayana qədər sarı zolaqla hərəkət etmək sərbəstdir”.

 

V.Əsədov bildirdi ki, həmin sarı zolaqlar yalnız idman oyunlarının keçirilməsi üçün nəzərdə tutulub: “Bu yollar idman oyunlarının keçirildiyi əraziləri birləşdirən və tamaşaçıları, qonaqları, idmançıları həmin istiqamətlərdə aparan avtomobil sürücülərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bu ərəfədə həmin zolağa daxil olmaq inzibati xəta tərkibi yaradır. Bunu edənlər məsuliyyətə cəlb olunacaq. Biz I Avropa Oyunları ərəfəsində bunu təcrübədən keçirdik. Mən inanıram ki, növbəti idman oyunları ərəfəsində də bu təcrübədən istifadə edəcəyik. İstər paytaxt sakinləri, istər bölgələrdən gələnlər bütün hərəkət iştirakçıları ilə vahid komanda yaradıb bu beynəlxalq tədbiri də yüksək səviyyədə başa vurmağa bizə kömək edəcəklər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh