Ən təhlükəli Formula 1 yarışları: Bakı, Sinqapur... - FOTO

Yarışma 22 Aprel 2017 13:11 Oxunub 1962
Ən təhlükəli Formula 1 yarışları: Bakı, Sinqapur... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Çünki burada sərt, yəni 90 dərəcəli bucaq altında döngələrin sayı daha çox olur və sürət yuxarı olduqda təhlükə artır"

"Formula 1 üzrə Dünya çempionatının Qran priləri arasında Azərbaycanda keçirilən yarış ən təhlükəlilərdən hesab edilir". Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman əməliyyatları üzrə baş koordinatoru Yusif Məmmədli deyib.

http://img.milli.az/2017/04/22/537703_2.jpg

Onun sözlərinə görə, Formula yarışlarında ən təhlükəliləri şəhər traslarında keçirilənlər hesab olunur. Şəhər trasları isə Monako, Bakı və Sinqapurdadır. Bunların arasında Bakı və Sinqapur təhlükəlilik dərəcəsinə görə fərqlənir:

http://img.milli.az/2017/04/22/537703_5.jpg

"Şəhər trasları digərlərinə nisbətən daha təhlükəli hesab olunur. Çünki burada sərt, yəni 90 dərəcəli bucaq altında döngələrin sayı daha çox olur və sürət yuxarı olduqda təhlükə artır. Monakoda sürət nisbətən daha aşağı olduğundan Bakı və Sinqapur trası daha təhlükəli hesab edilir. Bakıda 20 döngədən 8-i 90 dəcərəlidir və buradadakı trasda sürət də çox yüksək olur. Üstəgəl, bütün trasların içində ən dar yeri olan yol da Bakıda, Qoşa Qala qapısının önündəki hissədədir. Bütün bunlar isə Bakı trasının təhlükəlilik dərəcəsini artırır".

http://img.milli.az/2017/04/22/537703_7.jpg

Ona görə də bunu kompensasiya etmək üçün digərlərinə nisbətən daha çox əlavə qüvvə cəlb olunur: "Yəni cəlb edilən həm marşalların, həm də texnikanın sayı daha çox olur. Adətən baş verə biləcək bütün qəza ssenariləri dəqiq hesablanır və ona uyğun olaraq hər döngəyə uyğun adam və texnika yerləşdirilir. Məsələn, ABŞ-dakı yarışlarda 4-5-6 döngəyə bir texnika ayrılır və ümumilikdə 700-750 marşal cəlb edilir. Bizdə isə hər döngə üçün texnika ayrılır. Cəlb edilən marşalların ümumi sayı isə 1200 nəfərə yaxındır. Yəni biz bu təhlükəni texnika və marşallarla kompensasiya etməyə çalışırıq".

Trasda yol örtüyünün keyfiyyətinə gəlincə, Y.Məmmədli qeyd edib ki, Bakıda bununla bağlı hazırda heç bir problem yoxdur, hər şey qaydasındadır. Novruz bayramında yolun üzərində tonqal qalanmasından sonra yaranmış nöqsan da artıq aradan qaldırılıb, həmin yer təmir olunub.

http://img.milli.az/2017/04/22/537703_3.jpg

Qeyd edək ki, 2017-ci ildə Formula 1 üzrə Dünya çempionatının Qran priləri 20 ölkədə keçiriləcək. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran prisi iyun ayının 23-dən 25-dək Bakıda keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh