Avtomobil sığortasını bir neçə dəqiqəyə etmək imkanı yaranıb - VİDEO

Yazarlar 22 Aprel 2017 13:22 Oxunub 1261
Avtomobil sığortasını bir neçə dəqiqəyə etmək imkanı yaranıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmşid Naxçıvanski: "Elektron xidmətlərin hazırlanması kifayət qədər ciddi işdir"

Son illər dövlət və ictimai fəaliyyəti həyata keçirən digər qurumların göstərdiyi xidmətlər elektronlaşdırılıb. Hazırda “Elektron hökumət” portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 438 elektron xidməti mövcuddur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri, "Elektron hökumət" portalının koordinatoru Cəmşid Naxçıvanski deyir ki, elektron xidmətlərin hazırlanması kifayət qədər ciddi işdir: “Bu sahənin öz çətinlikləri var.  Yəni bir xidmətin hazırlanması 1 il vaxt ala bilər. Əvvəl bir çox naziriliklərin öz saytlarında müəyyən elektronlaşma var idi. Ancaq sonradan bu xidmətləri vahid bir pəncərədən təqdim etdikdə məlum oldu ki, əvvəlki illərin elektronlaşmasında müəyyən çatışmazlıqlar var. Bizim qarşımızda duran hədəflərdən biri də hal-hazırda mövcud olan elektron xidmətlərin vətəndaşlar üçün daha rahat və əlverişli olmasını təmin etməkdir. Biz daima yenilikləri izləyirik və təhdidlərə qarşı ən yeni proqram təminantlarını sistemə daxil edirik və çalışırıq ki, təhlükəsizliyi qoruyaq”.

Portala yeni inteqrasiya olunan avtomobillərin icbari sığortası ilə bağlı məsələyə toxunan Cəmşid Naxçıvanski deyir ki, vətəndaş portala daxil olmaq üçün öncədən sistemdə qeydiyyatdan keçir: “Sonra vətəndaş öz avtomobilini də sistemdə tanıdır. Bundan sonra avtomobilin sığorta olunma zamanını və sıorta şirkətini seçir. Daha sonra isə onlayn ödəniş etməklə avtomibilini sıorta etdirə bilir. Bu proses isə vətəndaşın cəmi bir neçə dəqiqəsini alır. Daha hansısa sığorta agentləri axtarmaga, yaxud harasa getməyə ehtiyac qalmır”.

 

Xalid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh