Soldan yol istəyib sağdan keçən sürücümüz də var – VİDEO

Avtosfer TV 23 Aprel 2017 01:46 Oxunub 7956
Soldan yol istəyib sağdan keçən sürücümüz də var – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda yol polisi həmin sürücünü axtarır

Bakıda “VAZ-2107” markalı 01 BV 607 dövlət nömrə nişanlı avtomobilin kobud və gülməli qayda pozuntusuna yol verib. Avtosfer.az-ın kamerasına düşən sürücü ötmək üçün qarşıda gedən avtomobilin sürücüsündən uzaq işıqları yandırmaqla yol istəyib. Qarşıdakı avtomobilin sürücüsü də ona yol vermək üçün maşını sağa çəkdikdə maraqlı hadisə baş verib. “07”nin sürücüsü onu sağdan ötməyə çalışaraq təhlükəli vəziyyət yaradıb. Görüntülər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim olunub. DYP-dən Avtosfer.az-a bildirilib ki, hazırda həmin sürücü axtarılır. Avtomobil saxlanıldıqda sürücü cərimə olunacaq.

Həmin görüntüləri təqdim edirik:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh