Təcili yardım maşını qırmızı işıqdan belə keçdi – VİDEO

Avtosfer TV 23 Aprel 2017 09:53 Oxunub 2729
Təcili yardım maşını qırmızı işıqdan belə keçdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü sayrışan işıqlardan və səs siqnalından istifadə etməyib

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 22-də, saat 21:17 radələrində Şah İsmayıl Xətai prospektində - “Günaydın” restoranın qarşısında baş verib. 90 JD 617 dövlət nömrə nişanlı təcili yardım avtomobili svetoforun qırmızı işığında hərəkəti davam etdirib. Bu zaman sürücü sayrışan işıqlardan və səs siqnalından istifadə etməyib. Qanuna görə, onlar qayda pozarkən səs siqnalı və sayrışan işıqlardan istifadə etməlidir.

Qeyd edək ki, bu qayda pozuntusuna görə sürücünü 60 manat və 3 bal cərimə gözləyir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh