"Volkswagen"-dən elektrikli SUV - FOTO

Avtobazar 23 Aprel 2017 21:02 Oxunub 1557
"Volkswagen"-dən elektrikli SUV - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Krossover yerindən 100 km/saata 6 saniyəyə sürətlənir, maksimal sürəti isə 180 km/saatdır

Volkswagen şirkəti Şanxay avtosalonu üçün konseptual elektrikli krossover I.D. Crozz hazırlayıb. O, hot-hetç idarəçiliyinə malikdir. Yenilik alman markasının eko-sırasının 3-cü nümayəndəsi olub – o, hetçbək I.D. və mikro avtobus I.D. Buzz-dan sonra peyda olub. Krossoverin əsasında MEB modul platforması dayanıb. O, Volkswagen tərəfindən məhz yeni nəsil elektrokarlar üçün hazırlanıb. Prototipin uzunluğu 4675 mm, eni 1891 mm, hündürlüyü 1609 mm-dir. Təkər bazasının ölçünü 2773 mm-ə bərabərdir. Volkswagen I.D. Crozz iki elektrik mühərriki alıb. Birincisi qabaq oxda yerləşir, 102 a.g.-ə malikdir. İkincisi arxa təkərləri hərəkət etdirir və 203 a.g.-ə malikdir. Beləliklə, mühərriklərin ümumi gücü 305 a.g.-dür. Krossover yerindən 100 km/saata 6 saniyəyə sürətlənir, maksimal sürəti isə 180 km/saatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh