Qeyri-adi ölümlər: Təyyarə göyərtəsindəki timsah 19 nəfərin ölümünə səbəb olub

Maraqlı 23 Aprel 2017 20:25 Oxunub 5638
Qeyri-adi ölümlər: Təyyarə göyərtəsindəki timsah 19 nəfərin ölümünə səbəb olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarda insanların qeyri-adi şəkildə ölüm halları əks olunub

İnsan əbədi yaşayan canlı deyil, zamanı gəlincə dünyadan köçüb gedir. Avtosfer.az salamnews-a istinadən aşağıda təqdim etdiyi faktlarda insanların qeyri-adi şəkildə ölüm halları əks olunub:

Nəhəng piton ilanı insanı udub

İndoneziyada baş vermiş hadisə dünyada böyük narahatlıq yaradıb. Ovçular kənddə aşkarladıqları pitonu yardıqdan sonra onun daxilində insan cəsədi aşkarlayıblar. Bunun baş vermə səbəbi məlum olmasa da, ehtimal edilir ki, ölən şəxs ya ilanı qəzəbləndirib, ya da cəngəllikdə yatarkən sürünənin ovuna çevrilib.

Ağılsızlığın sonu 

ABŞ-da boğazından əməliyyat edildikdən sonra həkimlər tərəfindən alkoqollu içki istifadəsinə qadağa qoyulmuş xəstə hiyləgərliyə əl atmağa qərar verib. O, şərab şüşəsini imalə qabına dolduraraq ondan istifadə edib. O, qara ciyərdən yan keçməklə birbaşa bağırsağa sorulan alkoqolun orqanizmə daha güclü təsir göstərdiyindən xəbərsiz olub. Məlum yolla şərab bədənə daxil olduqdan sonra kişini xəstəxanaya aparıblar. O, kəskin alkoqol zəhərlənməsindən keçinib. 

Oyuna görə qurban verilən həyat

28 yaşlı Cennifer Streync o qədər da imkanlı şəxs olmasa da, övladlarının xəyalını həyata keçirmək və onlara “Nintendo” konsolidi hədiyyə etmək istəyib. Bu səbəbdən yerli radiostansiya tərəfindən təşkil edilmiş müsabiqəyə qoşulub. Müsabiqə şərtləri kifayət qədər qeyri-adi olub: iştirakçılar mümkün qədər çox maye qəbul etməli, bununla belə mümkün qədər uzun müddət ayaqyoluna getməməli idilər. Cennifer iradəsini toplayaraq hamıdan dözümlü çıxıb və arzuladığı hədiyyəni əldə edib. Lakin bir müddətdən sonra qadının vəziyyəti pisləşib. Gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, orada orqanizmin maye ilə intoksikasiyası (orqanizmin zəhərlənməsi) səbəbindən ölüb.

Boğazda qalan tarakan

Floridadan olan 32 yaşlı Edvard Arçbold qurdlar və tarakanların yeyildiyi müsabiqədə iştirak edib. O, 60 qram xırda, 35 iri qurd, bir qab dolusu tarakan yeyib. Arçboldun sözlərinə əsasən, onu cəlb edən əsas mükafat piton olub. O, pitonu dostuna hədiyyə etmək istəyib, lakin sonuncu tarakanı yediyi zaman boğularaq ölüb.

Təyyarə qəzasına səbəb olan timsah

Hadisə Konqoda baş verib. Göyərtəsində 20 nəfərin olduğu təyyarənin qəzaya uğramasından sonra hökumət hadisə ilə bağlı araşdırmalara başlayıb. Qəzanın səbəbini hadisədən sağ çıxmış yeganə insan açıqlayıb. O bildirib ki, təyyarənin göyərtəsinə gətirilmiş timsah hansısa yolla saxlandığı qutudan çıxıb və insanlara hücum etməyə başlayıb. Salondakılar qorxduqları üçün pilot kabinəsinə toplaşıblar. Yüngül təyyarə tarazlığın pozulmasına tab gətirməyərək qəzaya uğrayıb.

Donuzun qisası

Hadisə ABŞ-ın Oreqon ştatında baş verib. 69 yaşlı fermer Terri Vans Qarner bir gün axşam donuzlara yem vermək adı ilə evdən çıxıb, lakin geri qayıtmayıb. Qocanın qonuz damında sürüşərək yerə yıxıldığı və ayağa qalxa bilmədiyi müəyyən edilib. Ac donuzlar onu tapdalayıb və yeyiblər. Donuzlar fermerin bəzi sümükləri və diş protezlərindən başqa bütün bədənini yeyiblər.

“Bomba təsərrüfatda lazım olacaq” 

41 yaşlı Pol Qozzinin öz evində “kəpənək” adlı kaset bombasını nə üçün saxlamasının səbəbi hələ də məlum olmayıb. Məlum olan, yalnız hadisənin faciəvi sonluqla bitməsidir. Pol mismarı divara vurmaq üçün əlinə keçən ilk ağır metal bankadan istifadə edib. Həmin banka isə sözügedən bomba olub. Qozzinin bu zərbəsi onun həyatına son qoyub.

Qadının faciəli ölümü 

Tayland sakini olan Yuket Payen faciəli şəkildə elektroşokdan ölüb. Evinin yaxınlığındakı yolla hərəkət edən zaman ayağı sürüşən qadın yıxılmamaq üçün sallanan vəziyyətdə olan naqillərdən tutub. Naqillərdə cərəyan olduğuna görə, qadın yerindəcə keçinib. Lakin faciə bununla bitməyib! Polis hadisə yerini tərk etdikdən sonra Payenin bacısı ölüm halını şəxsən araşdırmağa cəhd edib. Cəsədin aşkarlandığı yerə çatan qadın ətrafa nəzər salmağa qərar verir. Elə eyni yerdə sürüşərək həmin naqildən tutur və ölür.

Ayı "uçuşu"

25 yaşlı kanadalı və 40 yaşlı rəfiqəsi ölkənin şimalındakı yollardan birində ayının zərbəsindən ölüblər. Onların olduğu avtomobil yolla hərəkət edərkən qarşı zolağa ayı çıxıb. Həmin zolaqla hərəkət edən digər nəqliyyat vasitəsi tormozlamağı bacarmayaraq ayını vurub. Zərbənin təsirindən ayı əks zolağa - qarşıdan gələn maşının ön şüşəsi üzərinə düşüb. Avtomobildəki şəxslər (25 və 40 yaşlı) ayının cəmdəyinin zərbəsindən yerindəcə keçiniblər.

Ölümcül meyvə şirəsi 

Beyzil Braun adlı Böyük Britaniya sakini sağlam həyat tərzi pərəstişkarı olub. O, təzə sıxılmış şirələri, xüsusilə kök şirəsini sevirmiş. Braun günlərin birində yalnız kök şirəsi ilə qidalanmaqla pəhriz saxlamağa qərar verir və hər gün 5 litr kök şirəsi qəbul edir. 10 gün sonra vəziyyəti pisləşdiyindən xəstəxanaya çatdırılır, lakin özünə gəlmir və keçinir. Ölümünə səbəb A vitaminin həddən artıq çoxluğu olub. Orqanizm ifrat vitamin çoxluğuna tab gətirə bilməyib.

Ölümlə nəticələnən futbol

Hadisə Konqo yığma komandasının başına gəlib. Komanda yağış mövsümündə rəqib meydançasında oynayırmış. Sahə yaş olub, bu azmış kimi, gözlənilmədən şimşək çaxıb. Hakim oyunu dayandırmağa qərar verməzdən əvvəl meydançaya ildırım düşür. Güclü elektrik enerjisindən bütün Konqo futbolçuları hadisə yerindəcə ölür. Heyrətləndirici olsa da, onların rəqiblərinə heç nə olmayıb.

Sonuncu mənzilə gedən yol

Fransalı tabut ustası Mark Burjad emalatxanasında ölüb. Belə ki, hazırladığı tabutlar ağırlığa tab gətirməyərək ustanın üzərinə düşüb və onu əzib. Burjad ölümünə səbəb olan tabutlardan birində dəfn edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh