9 yaşlı uşağı maşın vurdu - Mingəçevirdə

Qəzalar 23 Aprel 2017 17:49 Oxunub 982
9 yaşlı uşağı maşın vurdu - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şəhərin Samux küçəsində yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir. Mingəçevir şəhər polis şöbəsindən əldə olunan ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh