Sərnişinə görə sürücü cərimələndi: Qanun nə deyir? - VİDEO

Yazarlar 23 Aprel 2017 23:46 Oxunub 2407
Sərnişinə görə sürücü cərimələndi: Qanun nə deyir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Protokolda cərimələnən sərnişin sürücü kimi yazılıb

Kəmər taxmadığına görə sərnişinə yazılan protokol sürücünün ünvanına göndərilib. Hadisə İmişli raonu Əliqulular kənd sakini Bəkirov Rəşadın başına gəlib. O bildirir ki, bir müddət əvvəl imişli ərazisində avtomobil idarə edərkən polis onu saxlayıb və kəməR taxmadığına görə, sərnişinini cərimə edəcəyini bildirib. Ancaq bir müddət keçəndən sonra pratokol sürücünün ünvanına göndərilib. sürücü pratokola baxdıqda aydın olub ki, həmin cərimə sərnişinə yox sürücüyə yazılıb.

Sürücü cərimə olunarkən yol polisinin ona heçnə demədiyini və ancaq sərnişinin cərimələndiyini zənn edib. Daha sonra məlum olub ki protokolda cərimələnən sərnişin sürücü kimi yazılıb. Halbuki vətəndaş maşını özü idarə etdiyi deyir.

Ekspert Ərşad Hüseynov sərnişinin kəmərdən istifadə etmədiyinə görə sürücün cərimələnməsinin qaydalara zidd olduğunu deyir. Ekspertin sözlərinə görə sürücü yazılı ərizə yazaraq ona yazılan cərimənin əsassız olduğunu sübut edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh