Sürücülərin DİQQƏTİNƏ: Bu yolda diqqətli olun! - VİDEO

Avtosfer TV 23 Aprel 2017 23:51 Oxunub 1722
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda diqqətli olun! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada zolağı silinərək görünməz hala düşüb

Bir yük maşını düz məktəbin qabağındakı piyada keçidinin qarşısında dayanıb və bir neçə gündür orda qalmaqdadır. Nəticədə isə yerdə piyada zolağı da normal görünmədiyindən məktəbə gedən şagirdlər yolu keçərkən böyük təhlükə ilə üzləşirlər. Bəs görəsən bu qayda pozuntusuna görə məsuliyyəti kim daşıyır. Həmin nişanı görməyən sürücülər, yoxsa yük maşının sahibi?

Görüntülər Binəqədi rayonunun Biləcəri qəsəbəsindəndir. Ərazidə qəza riskini yaradan daha bir səbəb piyada keçidinin olduğu yerdə piyada zolağının demək olar ki, silinərək görünməməsidir. Bundan əlavə ərazidə sürücülərin məhz yol nişanını görməməsi ucbatından qəza törətməsi zamanı məsuliyyəti məsələsi də sual doğurur. Əgər sürücülər başqa bir sürücünün maşını səhv parklaması səbəbindən qəza törədərsə məsuliyyət daşıyırlarmı? Ekspert Ərşad Hüseynov bildirir ki, sürücü istənilən halda yola ciddi nəzarət etməli olduğu üçün baş verən hadisəyə görə də məsuliyyət daşıyacaq. Ancaq bu zaman yük maşınının sürücüsünə əlavə məsuliyyət tətbiq oluna bilər. Hazırki vəziyyətdə isə qanunun tələbinə görə yük avtomibilinin sürücüsünə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə tətbiq olunmalı və yük maşını ərazidən evakuasiya edilməlidir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh