Avtobus dayanacaqları ilə bağlı problemə nə vaxt son qoyulacaq? - VİDEO

Yazarlar 23 Aprel 2017 23:53 Oxunub 2027
Avtobus dayanacaqları ilə bağlı problemə nə vaxt son qoyulacaq? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyni küçədə 3-4 yararsız halda olan dayanacaqla qarşılaşmaq olar

Şüşələri sındırılıb, ətrafında isə yöndəmsiz yazılar elanlar yerləşdirilib. Bu görüntüləri bir vətəndaş göndərib. Apardığımız kiçik bir araşdırma nəticəsində məlum oldu ki, bu heç də paytaxtda belə vəziyyətdə olan yeganə dayanacaq deyil. Hətta qısa müddətdə apardığımız müşahidlər bu cür dayancaqların sayının heç də az olmadığını göstərdi. Hətta eyni küçədə 3-4 yararsız halda olan dayanacaqla qarşılaşmaq olar.

Dayanacağın arxa tərəfi insanların yağışdan və küləkdən daldalanması üçün şüşələnir. Digər tərəfdən bu hal şəhərin görünüşünə də xələl gətirir.

Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, dayanacaqlarla bağlı məsələ hələlik tam olaraq onların ixtiyarına verilməyib. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə Agentlik arasında təhvil təslim prosesi gedir. Proses bitəndən sonra Bakıdakı bütün dayanacaqlar təmir bərpa işləri aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh