60 yaşlı qadını maşın vurdu

Qəzalar 24 Aprel 2017 01:03 Oxunub 1038
60 yaşlı qadını maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun vəziyyətinin ağır olduğu bildirilir

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Rayonun Bağbanlar kənd sakini, 1957-ci il təvəllüdlü Əzizə Ağahüseyn qızı Əliyeva yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh