Qubada yol qəzası baş verib: xəsarət alanlar var

Qəzalar 24 Aprel 2017 01:07 Oxunub 796
Qubada yol qəzası baş verib: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2107" markalı avtomobil yol kənarındakı qaz borusuna çırpılıb

Quba rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, "VAZ-2107" markalı, 40-BN-590 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü, Quba rayon sakini Quliyev Ceyhun Vələmməd oğlu, habelə sərnişinlər -Xaçmaz rayonunun Bayoba kənd sakinləri - Paşayev Əmirbaba Nazim oğlu və Paşayev Ədalət Nazim oğlu xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh