DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşdü

Qəzalar 24 Aprel 2017 11:16 Oxunub 2491
DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib. Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh