Bakıda motosikletlə piyadanı vurdu – FOTO+VİDEO

Qəzalar 24 Aprel 2017 11:22 Oxunub 1547
Bakıda motosikletlə piyadanı vurdu – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu tanıyanlardan DİN-in 102 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur

Bakıda motosiklet sürücüsü qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Elvin Əliağa oğlu idarə etdiyi 10-B695 dövlət qeydiyyat nişanlı, "Yamaha" markalı motosikletlə İnşaatçılar prospektində yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən keçən, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 30-35 yaşlı kişini vurub. Nəticədə həm piyada, həm də motosikletin sürücüsü E.Rüstəmov ağır xəsarət alıb. Piyada və bayker xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Motosiklet cərimə meydançasına yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Qəza zamanı dünyasını dəyişən şəxsi tanıyanlardan DİN-in 102 Çağrı Mərkəzinə, yaxud yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh