Şimali Koreya Amerika gəmisini batırmaqla hədələyir

Gündəm 24 Aprel 2017 11:36 Oxunub 1147
Şimali Koreya Amerika gəmisini batırmaqla hədələyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bizim inqilabi qüvvələrimiz bir zərbə ilə ABŞ gəmisini batırmağa qadirdir”

Şimali Koreyanın dövlət KİV-i ölkənin Koreya yarımadasına istiqamət götürmüş Amerikanın “Karl Vinson” gəmisinin bir zərbə ilə batırıla biləcəyini bəyan edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu bəyanat Phenyanda dərc edilən Mərkəzi partiyanın “Nodon sinmun” qəzetinin şərhlərində səslənib. Şərh Koreyanın Əmək partiyasının mərkəzi orqanında lider Kim Çen Inın donuz fermasına səfəri barədə məqalənin altında yerləşdirilib. “Bizim inqilabi qüvvələrimiz bir zərbə ilə ABŞ gəmisini batırmağa qadirdir”, - redaksiyanın şərhində deyilir. Belə zərbə hərbi qüvvəmizin nümayişi olacaq. “Mincu Çoson” qəzeti ordunun düşmənlərə amansız zərbələr vurmağa hazır olduğunu yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh