Daha bir neçə küçədə yol cizgiləri rənglənəcək - Bakıda

Gündəm 24 Aprel 2017 12:18 Oxunub 943
Daha bir neçə küçədə yol cizgiləri rənglənəcək - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq paytaxtın Nəsimi rayonunun Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonunun Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq. Bu barədə “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlıumatda bildirilib. "Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək. İşlərin səhər saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh