Rusiyanın yeni nəsil raketi: S-500 - VİDEO

Texnologiya 24 Aprel 2017 19:35 Oxunub 1634
Rusiyanın yeni nəsil raketi: S-500 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz bu sistemi hazırlayan zaman yaxın 25 ildə hava kosmik hücum vasitələrinin necə inkişaf edəcəyini nəzərə aldıq"

Müasir S-500 zenit-raket sistemlərinin ikinci sınağı Qazaxıstanda keçiriləcək. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Almaz-Antey” konserninin baş konstruktoru Pavel Sozinov məlumat verib. “Biz bu sistemi hazırlayan zaman yaxın 25 ildə hava kosmik hücum vasitələrinin necə inkişaf edəcəyini nəzərə aldıq. S-500 hazırda olmayan, amma istənilən vaxt yaradıla biləcək silahlara qarşı da dayana bilmək gücündədir” – deyə o bildirib. S-500 “yer-hava” zenit-raket sistemlərinin yeni nəslidir. Bu raketlər yüksək potensiala malik raketdən müdafiə sistemləri ilə təchiz olunub və ballistik raketləri tutmağa qadirdir. S-500-lər təkcə ballistik raketlərə qarşı yox, həm də aerodinanik hədəflər (təyyarə, helikopter), eləcə də qanadlı raketlərə qarşı effektlidir. Sistemin məhvetmə radiusu 600 kilometrə bərabərdir və eyni zamanda 10-a yaxın səsdən sürətli ballistik raketi məhv edə bilir. Taktiki-texniki xüsusiyyətlərinə görə S-500-lər hazırda Rusiya ordusunun silahlanmasında olan S-400 və ABŞ-ın “Patriot” raketlərini qabaqlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh