Proqnozlar Bürosu: "Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək"

Gündəm 24 Aprel 2017 14:45 Oxunub 1000
Proqnozlar Bürosu: "Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir”

“Aprel ayının 26-dan etibarən hava şəraitinin sabitləşəcəyi gözlənilir”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, aprelin 24-ü gün ərzində əsən güclü külək gecə saatlarında tədricən mülayimləşəcək: “Külək aprelin 25-i gündüz saatlarında yenidən güclənəcək. Sabah ölkə ərazisində güclü külək əsəcək. Aprelin 26-sı isə gündüz saatlarından başlayaraq artıq hava şəraitinin tədricən mülayimləşəcəyi gözlənilir”. G.Məmmədova bildirib ki, havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh