Avtomobil biznesi ağır günlərini yaşayır

Avtobazar 24 Aprel 2017 16:02 Oxunub 2410
Avtomobil biznesi ağır günlərini yaşayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik avtomobili idxalı azalmaqda davam edir

2017-ci ilin yanvar-mart aylarında Azərbaycana 1431 ədəd nəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 5 faiz çoxdur. 2016-cı ilin birinci rübündə Azərbaycana 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. Avtosfer.az "marja"ya istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalında artım yük avtomobillərinin idxalının atmasından qaynaqlanıb. Əslində minik avtomobillərinin idxalı 4 faiz azalıb. Belə ki, bu ilin yanvar-mart aylarında  1185 ədəd minik avtomobili idxal olunub. Keçən ilin anoloji dövründə minik avtomobili idxalı 1235 ədəd təşkil etmişdi. Keçən ilin ilk rübündə 97 ədəd yük avtomobili idxal olnarkən, bu ilin anoloji dövründə idxal 195 ədəd təşkil etmişdir. Yük avtomobili idxalındakı 98 ədədlik artım cəmi nəqliyyat vasitələrinin idxalının artmasında səbəb olub. 2017-ci ilin yanvar-mart aylarında ölkəmizə 25 ədəd avtobus, 1185 ədəd minik avtomobili, 195 ədəd yük avtomobili, 26 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub. 2016-cı ilin Yanvar- Mart aylarında Azərbaycana 19 ədəd avtobus, 1235 ədəd minik avtomobili, 97 ədəd yük avtomobili, 11 ədəd xüsusi təyinatlı avtomobil idxal olunmuşdu. Minik avtomobili idxalının azalması rəsmi distribyutor və dilerlərin satışlarının çox aşağı qalmaqda olduğuna işarə edir. Son iki ayda dolların manat qarşısında bir qədər ucuzlaşması avtomobil satışlarını cüzi canlandıra bilər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh