Gəncədə ağır qəza: “Məni də, avtobusu da vurub qaçdı” - VİDEO

Qəzalar 24 Aprel 2017 16:58 Oxunub 1072
Gəncədə ağır qəza: “Məni də, avtobusu da vurub qaçdı” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncənin İsmət Qayıbov küçəsində də yol qəzası qeydə alınıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn avtobusu, daha sonra Gəncə sakini 63 yaşlı Oktay Ələkbərovun idarə etdiyi “VAZ 2103” markalı maşını vurub. Qəza zamanı avtobusa ziyan dəyməsə də, hər iki VAZ-ın qabaq hissəsi tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Şahidlərin sözlərinə görə, “VAZ 2107”-nin sürücüsü qəzadan sonra avtomobildən düşərək hadisə yerindən qaçıb. Oktay Ələkbərov - “VAZ 2103”-ün sürücüsü: ““07” ötmə əməliyyatını eləmək istədi. Ancaq məni də vurdu, avtobusu da. Düşdü, 5 dəqiqədən sonra qaçdı”. Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh