Qarşısına inək çıxan "07" qəza törətdi: 3 yaralı - VİDEO

Qaydalar 24 Aprel 2017 17:00 Oxunub 1543
Qarşısına inək çıxan "07" qəza törətdi: 3 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda da qəza olub. Avtosfer.az arbtv-yə xəbər verir ki, hadisə Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar sürücü – Quba rayon sakini 18 yaşlı Ceyhun Quliyev, sərnişinlər – Xaçmaz rayon sakinləri, 19 yaşlı Əmirbaba paşayev və 25 yaşlı Ədalət Paşayev xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sərnişinlərdən birinin sözlərinə görə, qəzaya səbəb maşının qarşısına inəyin çıxması olub. Fakt araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh