"Audi"-dən 496-güclü elektrokar - FOTO

Avtobazar 24 Aprel 2017 21:03 Oxunub 1667
"Audi"-dən 496-güclü elektrokar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Audi"-nin elektrikli krossoveri gələn ildən satışa çıxarılmalıdır

Audi şirkəti yeni konseptini - E-Tron Concept Sportback təqdim edib. Dördqapılı SUV-un prototipini bu həftə açılan Şanxay avtosalonunda təqdim ediblər. Alman brendinin ilk elektrokarı gələcəkdə bir sıra yeni texnologiyalar və dizayn elementləri alacaq. O, 2018-ci ildə təqdim ediləcək. Yenilik MLB platformasında yığılıb. Avtomobilin uzunluğu 4,90 m, eni 1,98 m-dir. Təkər bazası 2,93 metrdir. Prototip diodlu optika və brendin parıldayan emblemini alıb. Konsept, həmçinin enli təkər arkaları və 23-düymlük təkər diskləri ilə təchiz edilib. Yeniliyin salonunda rəqəmsal cihazlar paneli, 3-milli sükan, yeni informasiya-əyləncə sistemi quraşdırılıb. Yan güzgülər əvəzinə kameralar quraşdırılıb ki, onlardan alınan görüntü xüsusi displeyə ötürülür. Prototip konstruktiv olaraq 2015-ci ildə Frankfurtda təqdim edilmiş konseptual e-tron quattro-nu təkrarlayır. Avtomobil 4 elektrik mühərriki alıb. E-Tron Concept Sportback-in ümumi gücü 496 a.g.-dür. Avtomobil ilk yüzlüyü 4,5 saniyəyə yığır. Audi-nin elektrikli krossoveri gələn ildən satışa çıxarılmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh