Qatar tuneldə niyə qalıb?

Gündəm 24 Aprel 2017 23:05 Oxunub 869
Qatar tuneldə niyə qalıb?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə əlaqədar metronun ümumi xətlərində gecikmələr var

Bakı metrosunda problem yaşanıb. "Qafqazinfo"ya sərnişinlərin verdiyi məlumata görə, "Dərnəgül-Həzi Aslanov" xəttində ləngimə olub. Belə ki, metronun "İnşaatçılar" stansiyasında qatar dayanıb. Sərnişinlərin sözlərinə görə, 10 dəqiqəyə yaxındır ki, qatar tuneldə hərəkətsiz vəziyyətdədir. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzərTAC-a bildirib ki, qatar təxminən doqquz dəqiqə ərzində tuneldə qalıb. Texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

Hadisə ilə əlaqədar metronun ümumi xətlərində gecikmələr var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh