Qəzada yaralanan tələbənin anası DİN rəhbərliyinə - Təşəkkür etdi

Yol polisi 25 Aprel 2017 00:24 Oxunub 2110
Qəzada yaralanan tələbənin anası DİN rəhbərliyinə - Təşəkkür etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı tələbə Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunub

Tərtər rayon Qaradağlı kənd sakini Rima Səfərova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. Avtosfer.az xəbər verir ki, martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də Rima Səfərovanin Aytən Quluzadə olub. Dərhal Sumqayıt şəhər Travmatologiya xəstəxanasına gətirilən yaralı daha sonra DİN rəhbərliyinin göstərişi ilə DİN-in A.Heydərov adına Respublika hospitalına yerləşdirilib. Martın 16-dan 30-dək A.Quluzadə bu tibb müəssisəsində müayinə və müalicə olunub. Məktub müəllifi hospitalda yaradılan şəraitdən, həkimlərin, tibb bacılarının peşəkarlığından və xəstələrə qayğıkeş münasibətindən razılığını bildirir, onların hər birinə, eləcə də DİN rəhbərliyinə minnətdarlıq edib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh