Yolda qalan sürücünün köməyinə polis gəldi –Nazirə məktub yazdı

Yol polisi 25 Aprel 2017 02:12 Oxunub 3496
Yolda qalan sürücünün köməyinə polis gəldi –Nazirə məktub yazdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şamaxı yolunda avtomobilində nasazlıq yaranan sürücü polisə təşəkkkür edib

Yolda qalan sürücünün köməyinə polislər gəlib. Avtosfer.az xəbər verir ki, sürücü polislərə təşəkkürünü bildirmək üçün daxili işlər naziri, general-polkovnik Ramil Usubova təşəkkür məktubu ünvanlayıb. Şamaxı rayonunda, Pirqulu istirahət zonasında yerləşən “Fortuna Tur” MMC-nin direktoru Hilal Bəkirov Daxili İşlər Nazirliyinə göndərdiyi təşəkkür məktubunda yazır ki, Türkiyə və Ukraynadan olan qonaqları sahibi olduğu istirahət mərkəzinə Bakıdan gətirərkən, “Ford” markalı mikroavtobusda nasazlıq yaranıb. Sürücü nasazlığı aradan qaldırmağa çalışsa da buna nail ola bilməyib. Bu zaman ərazidən keçən post-patrul xidməti maşını onlara yaxınlaşıb. Maşından düşən polis əməkdaşı Samir Hacıyev onlara öz köməkliyini təklif edib və mikroavtobusun mühərrikində yaranmış nasazlığı aradan qaldırıb. Bu isə həm onun, həm də xarici qonaqların sevincinə səbəb olub.

H.Bəkirov nazirliyə ünvanladığı məktubunda bu cür polis əməkdaşının DİN-in sıralarında çalışması ilə fəxr etdiyini, bu qədər həssaslıqla yolda köməksiz vəziyyətdə qalmış xarici qonaqlara qayğı göstərməsindən qürur hissi keçirdiyini yazır. O, həmçinin DİN rəhbərliyinin həmin polis əməkdaşının bu davranışını layiqincə qiymətləndirəcəyindən əminliyini ifadə edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh