Sağa dönmək istəyən sürücü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 25 Aprel 2017 08:37 Oxunub 3374
Sağa dönmək istəyən sürücü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nizamlayıcının siqnalları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sağa dönmək istəyən sürücü bu vəziyyətdə nə etməlidir?

a)  Stop-xətt qarşısında dayanıb nizamlayıcının icazə siqnalını gözləməlidir;

b) Nizamlayıcının üzü kəsişən yola doğru çevrildiyindən dayanmadan sağa dönmə manevri edərək hərəkətini davam etdirməlidir;

c)  Stop-xətt qarşısında dayanmalı, kəsişən yolla yaxınlaşan nəqliyyat vasitəsi yoxdursa, sağa dönmə manevri edərək hərəkətini davam etdirməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 58-ci maddəsinin II hissəsinə uyğun olaraq, nizamlayıcının “Diqqət. Hərəkət dayandırılsın” siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir. Qanunun 60-cı maddəsinin V hissəsinə əsasən, nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərəəməl etməlidirlər. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Sağa dönmək istəyən sürücü bu vəziyyətdə stop-xətt qarşısında dayanıb nizamlayıcının icazə siqnalını gözləməlidir.

Suala ilk doğru cavabı Yaqub adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz. Eyni zamanda, qalib gəlmiş gəlmiş şəxs də bu nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.undefined

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh