112 milyon dollarlıq təyyarə mühərrikinə quş girməsi səbəbindən qəzaya uğradı

Qəzalar 25 Aprel 2017 11:26 Oxunub 1206
112 milyon dollarlıq təyyarə mühərrikinə quş girməsi səbəbindən qəzaya uğradı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə yerə enərək tamamilə yanıb

ABŞ-ın "B-52N" tipli strateji bombardımançı təyyarəsi Quam adasında mühərrikinə quş girməsi səbəbindən tamamilə məhv olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin məsələ ilə bağlı araşdırma aparmış nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb. Bildirilir ki, quş təyyarənin içinə uçuş zamanı daxil olub. Hadisə 19 may 2016-cı il tarixində baş verib. Həmin gün strateji bombardımançı təyyarə təlimlərdə iştirak edib. Təyyarə uçuşdan demək olar ki, dərhal sonra hərəkət qüvvəsini itirməyə başlayıb və pilot onu yerə endirmək qərarına gəlib. Lakin yüksək sürət səbəbindən əyləc paraşütü bombardımançının dayanmasını təmin etməyib və o, hərəkət zolağından çıxaraq yanmağa başlayıb. Nəticədə dəyəri 112 milyon dollar olan hava gəmisi tamamilə yanıb. Heyət üzvləri maşının kabinəsini zamanında tərk edə biliblər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh