Metroda bomba qoyulması barədə məlumat təsdiqlənməyib

Gündəm 25 Aprel 2017 11:33 Oxunub 890
Metroda bomba qoyulması barədə məlumat təsdiqlənməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda Almatı metropoliteni ştat rejimində işləyir"

Qazaxıstanın Almatı şəhərində metroda bomba qoyulması barədə məlumat təsdiqlənməyib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almatı Daxili işlər departamentinin nümayəndəsi Səltanət Azirbek bildirib. Ötən axşam Almatı metropolitenində sərnişinlər təxliyə edilib. Buna səbəb stansiyaların birində bomba qoyulması barədə məlumatın daxil olması olub. Yoxlama nəticəsində metroda bomba olması xəbəri təsdiqini tapmayıb. “Hazırda Almatı metropoliteni ştat rejimində işləyir”, deyə S.Azirbek vurğulayıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh