Prokuror Bakıda polis mayorunu bıçaqlayan şəxslərə cəza istəyib

Gündəm 25 Aprel 2017 12:11 Oxunub 779
Prokuror Bakıda polis mayorunu bıçaqlayan şəxslərə cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəllüdlü Məhərrəmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə dövlət ittihamçsı çıxış edib. Prokuror çıxışında Ə.Həsənovun 16 il və Ə.Məhərrəmovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt tələb ediblər. Məhkəmənin növbəti iclası mayın 2-nə təyin olunub. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Xatırladaq ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh