“Yol hərəkəti haqqında” qanuna əlavələr edilib  

Gündəm 25 Aprel 2017 12:25 Oxunub 4554
“Yol hərəkəti haqqında” qanuna əlavələr edilib   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə səsə qoyulaarq qəbul olunub

Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna əlavələr müzakirəyə çxıarılıb. Avtosfer.az-ın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna aşağıdakı məzmunda V-II hissə əlavə edilir:

Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:

1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;

2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır”.

 

Layihə səsə qoyulaarq qəbul olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh